Oğuz rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda onlayn videokonfrans keçirilib
Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda onlayn videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Oğuz Rayon Mərkəzi Kitabxanasının əməkdaşları, həmçinin gənclər iştirak ediblər.
Çıxış edən natiqlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanın məqsəd və amalı olmalıdır. Fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır. Maarifləndirmə işi çox zaman cəmiyyət tərəfindən həyata keçirilməklə bərabər, cəmiyyətin özəyi olan ailə və məktəb səviyyəsində də lazımi qaydada aparılmalıdır. Məktəblərdə təbliğat məsələləri yüksək səviyyədə təşkil olunmalı, asudə vaxtın faydalı şəkildə təşkili ilə bərabər, insanın düzgün formalaşması üçün lazım olan kompleks tədbirlər planlı yerinə yetirilməlidir.


