Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyətinin Malayziyaya işgüzar səfəri sona çatıb.
Nümayəndə heyəti rəsmi səfər çərçivəsində Malayziya Qabaqcıl İslam Tədqiqatları üzrə Beynəlxalq İnstitutun sədri, prof. Maszlee bin Malik və Malayziya İslam Elmləri Universitetinin prorektoru, prof. Sharifudin Md Shaarani ilə görüşüblər.
Nümayəndə heyəti, həmçinin 28 May Müstəqillik Günü ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.