06.11.2017
Nizami rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Namiq Həmzəyev adına 238 nömrəli orta məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru İlqar Talıbov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov bildirib ki, filmdə iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov və Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan sabitliyə və birgəyaşayış ənənəsinə çox böyük təhlükə mənbəyi olduğunu bildiriblər.
Daha sonra “Şəhadət” filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra məktəbin direktoru İlqar Talıbov təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması məqsədilə məhz belə maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətli olduğunu vurğulayıb.