"Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları" adlı onlayn seminar-treninq keçirilib
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” adlı onlayn seminar-treninq keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Əlişir Əliyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı Azərbaycan poeziyasının klassiki, orta əsrlərin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Həmçinin qeyd edilib ki, mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğu bildirilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


