Nəsimi rayonunda maarifləndirmə tədbiri keçirilib
Mayın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu 159 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Samirə Rəhimli, məktəbin direktoru Vahid Xəlilov, rayonun digər məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, uşaqlar birliyi rəhbəri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vahid Xəlilov xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə sahib olduğunu, bu dəyərlərin qorunmasının vacibliyini qeyd edib, mənəvi dəyərlərin təbliğində gənclərin rolunundan danışıb.
DQİDK-nın əməkdaşı Aslan Sultanov dövlətin milli-mənəvi dəyərlərin inkişafına göstərdiyi diqqət barədə danışmış, yad təsirlərdən qorunmaq üçün milli-mənəvi dəyərləri təbliğində maarifləndirmə işinin həyata keçirməsinin zəruriliyini vurğulayıb.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


