Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2019

Nərimanov rayonunda maarifləndirmə tədbiri keçirilib

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK ) və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu 82 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Günel Zahidova, məktəbin direktoru Leyla Fətiyeva, rayonun digər məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, valideyn icması nümayəndələri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan direktor Leyla Fətiyeva keçirilən maarifləndirici tədbirlərin uşaq və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində oynadığı mühüm roldan bəhs edib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev öz çıxışında, radikalizm, İslamofobiya və terrorizm məfhumlarının mahiyyətindən bəhs edib, ölkəmizdə formalaşmış yüksək dövlət-din münasibətlərinə toxunub, eyni zamanda maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verilən önəmin dövlətin bu sahəyə olan diqqət və qayğısının təzahürü olduğunu bildirib.

Tədbirin sonunda “Şəhadət” sənədli film nümayiş etdirilib.