Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2017

Neftçalada zərərli vərdişlərlə mübarizə mövzusu müzakirə olunub

Mayın 5-də Neftçala Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Gəncləri narkotik vasitələrdən və digər zərərli vərdişlərdən çəkindirmək: bu yolda dini icma və din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Bağırov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, din xadimləri, rayonun təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Neftçala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Bağırov mövzunun önəmindən bəhs edib və narkomaniyanın dövrümüzün bəlası olduğunu bildirib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli bölgədəki dini icmalarda keçirilən tədbirlərin əksəriyyətinin narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edildiyini diqqətə çatdırıb.
Tədbirdə eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayon 2 saylı tam orta məktəbin direktoru Rövşən Həsənov və başqaları mövzu ilə bağlı çıxış ediblər.