Neftçalada videokonfrans keçirilib
Avqustun 12-də Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQİDK əməkdaşları və rayonda fəaliyyət göstərən din xadimləri iştirak ediblər.
Konfrans zamanı tarix boyu dinin siyasiləşdirilməsinin yaratdığı fəsadlardan və həmin fəsadların ekstremizm, radikalizm kimi neqativ hallara yol açmasından danışılıb. Təəssüflə qeyd edilib ki, müasir dövrdə dünyada bu cür meyillər hələ də mövcuddur. Gənc nəsil isə həmin meyillərin əsas hədəfidir.
Tədbirdə çıxış edənlər ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizədə əldə olunmuş nailiyyətlər barədə də danışıblar.