01.03.2018
Neftçalada “Şəhadət” sənədli filminin təqdimatı olub
Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Neftçala rayonu Əlif Piriyev adına 2 saylı orta məktəbdə nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala rayonu Əlif Piriyev adına 2 saylı orta məktəbin direktoru Rövşən Həsənov, məktəb müəllimləri və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, filmdə dini fanatizmin, radikalizmin təsirinə məruz qalaraq qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından bəhs olunur və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.
Neftçala rayonu Əlif Piriyev adına 2 saylı orta məktəbin direktoru Rövşən Həsənov bildirib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlərin inkişafı baxımından nümunə olan ölkələrdəndir. O qeyd edib ki, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və bu il çərçivəsində təkcə ölkədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, Azərbaycanın ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini özünə çəkib.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.