Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2017

Neftçalada “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  təşkilatçılığı ilə Neftçala rayon 1 saylı  orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala rayon 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva, müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru Ülviyyə Abdullayeva təhsil müəssisələrində bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, tədbirin keçirilməsinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli müasir dövrümüzdə baş verən proseslərdən, milli-mənəvi dəyərlərimizdən, dini ekstremizmdən və vətənpərvərlikdən bəhs edib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və filmlə bağlı müzakirələr aparılıb.