Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.07.2021

Neftçalada onlayn tədbir keçirilib

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçalada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda videokonfrans keçirilib.

Onlayn tədbirdə ictimaiyyət nümayəndələri, müəllimlər, rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlar zamanı tarix boyu dinin siyasiləşdirilməsinin yaratdığı fəsadlardan, həmin fəsadların məzhəbçilik, dini ayrı-seçkilik kimi neqativ hallara yol açmasından bəhs edilib. Belə neqativ hallara qarşı mübarizədə multikultiralizm və tolerantlıq ənənələrinin təbliği hazırda geniş vüsət alıb. Bu baxımdan Azərbaycan dünya ölkələri üçün nümunə sayıla bilər. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan yüksək birgəyaşayış mədəniyyətinə malik tolerant dövlət kimi dünyada tanınır.