24.05.2017
Neftçalada maarifləndirici tədbir keçirilib
Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Xolqarabucaq kəndi “İmam Hüseyn” məscidi dini icması tərəfindən “Dini ekstremizmin və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov və əməkdaşı Yusif Yusifli, Neftçala rayonu üzrə QMİ-nin səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayonu Xolqarabucaq kəndi “İmam Hüseyn” məscidi dini icmasinın sədri Mübariz Qasımov , dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev dini ekstremizmin cəmiyyətə verdiyi ziyanlardan bəhs edib. O bildirib ki, dini ekstremizm və radikalizmə qarşı mübarizə də dövlət qurumları ilə yanaşı vətəndaşlarımız da fəal olmalıdır.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.