Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.05.2016

Neftçalada “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 19-da Neftçala rayonu “Sahib Əzzaman” məscidi dini icmasında “Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri”  adlı layihə çərçivəsində  tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti Aparatının  İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, dini icmanın sədri Mirseymur Əliyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Mirseymur Əliyev layihə barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov və Neftçala Rayonu İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev çıxışlarında layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs ediblər.