13.04.2017
Neftçala rayonunda maarifləndirici tədbir keçirilib
Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Xolqarabucaq kəndi İmam Hüseyn məscidi dini icmasi tərəfindən “Dini ekstremizmin və radikalizmin multikultural cəmiyyət ucun təhlükələri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, şöbənin əməkdaşı Yusif Yusifli, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayonu Xolqarabucaq kəndi İmam Hüseyn məscidi dini icmasinın sədri Mübariz Qasımov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov dini ekstremizmin cəmiyyət üçün təhlükələrindən danışıb. O bildirib ki, dini ekstremizm və radikalizmə qarşı mübarizənin təkcə dövlət qurumları tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən aparılması lazımdır. Şöbə müdiri qeyd edib ki, dünyəvi dövlət kimi Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarix boyunca birgə yaşadıqları ölkələrdən biridir. Lakin Azərbaycan cəmiyyətinin tolerantlığından sui-istifadə edən müəyyən qruplar öz siyasi əməllərini həyata keçirmək üçün dini bir alət kimi istifadə edir və bununla da xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyi planlaşdırırlar.
Daha sonra çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.