Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2017

NATO-nun Baş qərargahında görüş keçirilib

Sentyabrın 27-də Avropa İttifaqı (Aİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində Brüsseldə səfərdə olan DQİDK-nın və Azərbaycan Respublikasında fəaliyyət göstərən dini icmaların nümayəndələri NATO-nun Baş Qərargahında bu təşkilatın İctimai Diplomatiya bölməsinin rəhbərləri səfir Tomaş Xlon, Professor Gerlinde Nihus və Despina Afentuli ilə görüşüblər. Görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşları ilə münasibətləri barədə məlumat verilib və bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edilib. Konfessiyaların rəhbərləri Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində icma səviyyəsində həyata keçirilən layihələrdən, DQİDK-nın sədr müavini  Səyavuş Heydərov isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışıb. Dini icmaların nümayəndələri görüşlərdə Emənistanın Azərbaycan ərazilərini işğal etməsinə beynəlxalq təşkilatlar tərəfindən adekvat qiymət verilməməsi barədə narazılıqlarını bildiriblər.