“Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda videokonfrans keçirilib
Dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri ilə “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda videokonfrans keçirilib.
Konfransda çıxış edən Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuriyev bildirib ki, sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə narkomanlıq və digər zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Biləsuvar rayon Bəydili kənd Cümə məscidi dini icmasının sədri Abuzər Kərimov narkomaniyaya qarşı maarifləndirmə işinin mütəmadi aparılmasının önəmli olduğunu vurğulayıb.
Konfransın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.