Narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunub
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş onlayn konfrans keçirilib.
Konfransda Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi, Hacıqabul Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı, Rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər. Eyni zamanda bəşəri bəla sayılan pandemiya ilə bağlı ümumi müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.