Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2021

“Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə olunub

İyulun 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, şöbə əməkdaşı Səyad Babakişiyev, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər üçün Dövlət Proqramı" haqqında məlumat verilərək bu baxımdan maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib. Gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.