“Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə fevralın 27-də “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib.
Nizami rayonunda yerləşən Zəngi liseyində keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Nuru İmanov, Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, Nizami rayon 25-ci Polis şöbəsinin əməkdaşları, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verilib. Narkomaniya və onun fəsadlarından söhbət açılıb, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


