Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2021

“Narkomaniya - ümumbəşəri bəla” mövzusunda videokonfrans keçirilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda videokonfrans keçirilib. Videokonfransda DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Neftçala Rayon Gənclər və İdman İdarəsinin müdir müavini Nazim Dadaşov,  Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Məmmədov, Xıllı bələdiyyəsinin sədri Muxtar Rəsulov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans zamanı narkomaniyanın fəsadlarından, ölkədə narkomaniyaya qarşı aparılan tədbirlərdən bəhs olunub. Bildirilib ki, Azərbaycanda bu məsələ Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin istiqamətləri dəqiq göstərilmişdir.

Videokonfrans müzakirələrlə davam etdirilib.