Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2021

“Narkomaniya-ümumbəşəri bəla” mövzusunda videokonfrans keçirilib

Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər Evi” sosial xidməti müəssisəsinin dəstəyi ilə “Narkomaniya-ümumbəşəri bəla” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə adıçəkilən qurumların nümayəndələri, orta məktəb direktorları, direktor müavinləri, bölgə üzrə din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlər, görülən profilaktik işlər barədə məlumat verərək bildirib ki, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. O, həmçinin gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra çıxış edən tədbir iştirakçıları narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək fəsadlar vurduğunu, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının və cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini vurğulayıblar. Qeyd ediblər ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin sağlam böyüməsində ən mühüm amillərdən biridir.