“Narkomaniya – ümumbəşəri bəla” mövzusunda onlayn tədbir keçirilib
Aprelin 22-də İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, İsmayıllı rayon Polis Şöbəsinin (RPŞ), Gənclərin İnkişaf və Kariyera Mərkəzinin (GİKM) İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniya – ümumbəşəri bəla” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı RPŞ-nın, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Peşə Tədris Mərkəzinin, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin və GİKM-nin İsmayıllı nümayəndəliyinin əməkdaşları, müəllimlər və fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlər, görülən profilaktik işlər barədə məlumat verilib, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışılıb. Qeyd edilib ki, narkomaniyanın qarşısının alınması üçün müntəzəm maarifləndirmə işləri aparılmalıdır.




