Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2021

“Narkomaniya-ümumbəşəri bəla” mövzusunda onlayn seminar keçirilib

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və QMİ-nin Zaqata rayon Qazılığının birgə təşkilatçılığı ilə “Narkomaniya-ümumbəşəri bəla” adlı onlayn seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak edib.

Çıxışlar zamanı narkomaniyanın insan sağlamığı, ailə, cəmiyyət və dövlət üçün yaratdığı təhlükə barəsində danışılıb və zərərli vərdişlərdən uzaq sağlam gənc nəsil yetişdirməyin dövlətimiz üçün əsas prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1996-cı il 26 avqust tarixində imzalanan “Narkomanlığa və  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə  tədbirləri haqqında” Fərmanın mahiyyəti haqqında ətraflı məlumat verilib. Ulu Öndər siyasi kursunun  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyi və bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə 2019-2024-cü illər üçün Dövlət Proqramının qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, ağ ölüm adlanan narkomaniyanın və digər zərərli vərdişlərin cəmiyyətimiz, xüsusilə gənclərimiz və yeniyetmələrimiz arasında kütləvi şəkildə yayılmasının qarşısının alınması istiqamətində fərdlərlə maarifləndirici söhbətlərin aparılması, gənclərimizin və yeniyetmələrimizin milli-mənəvi dəyərlərə bağlı ruhda tərbiyə edilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün mühüm şəratin yaradılması  bu gün üçün daha vacibdir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.