Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.08.2021

“Narkomaniya – ümumbəşəri bəla” mövzusunda konfrans keçirilib

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon İcra Hakimiyyəti, Ombudsmanın Şəki Regional Mərkəzi, Oğuz rayon Gənclər  və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Narkomaniya – ümumbəşəri bəla” mövzusunda onlayn formatda konfrans keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları,  həmçinin gənclər iştirak ediblər.  

Çıxış edənlər bu mövzuda keçirilən konfransın əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanin məqsəd və amalı olmalıdır. Fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır.  Maarifləndirmə  işi  çox zaman cəmiyyət  tərəfindən  həyata  keçirilməklə  bərabər,  cəmiyyətin  özəyi  olan  ailə  və  məktəb  səviyyəsində də lazımi qaydada aparılmalıdır.  Məktəblərdə  təbliğat genişləndirilməli,  asudə  vaxtın  faydalı  şəkildə  təşkili ilə  bərabər,  insanın düzgün formalaşması  üçün  lazım  olan  kompleks  tədbirlər  planlı  yerinə  yetirilməlidir.