Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.03.2021

“Narkomaniya ilə mübarizə istiqamətində din xadimlərinin rolu” mövzusunda videokonfrans keçirilib

Martın 15-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Narkomaniya ilə mübarizə istiqamətində din xadimlərinin rolu” adlı mövzusunda videokonfrans keçirilib. Videokonfransa Neftçala rayonunda fəaliyyət göstərən rəsmi din xadimləri qatılıb.

Konfrans zamanı narkomaniyanın fəsadlarından və ölkədə narkomaniyaya qarşı aparılan tədbirlərdən bəhs olunub. Bildirilib ki, Azərbaycanda bu məsələ Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas hədəflərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət proqramı”qəbul edilib. Bundan başqa hər il ölkədə dövlət orqanları tərəfindən bu mövzu ilə bağlı tədbirlər keçirilir.

Daha sonra videokonfransa qoşulan din xadimləri bu mövzu ilə bağlı fikirlərini bölüşüblər.