Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2021

Narkomaniya gəncliyə yönəlmiş terrordur

Avqustun 25-də İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya gəncliyə yönəlmiş terrordur” mövzusunda tədbir  keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov mövzu ətrafında fikirlərini bildirib. Ardınca tədbirə "ZOOM" proqramı vasitəsi ilə qoşulan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, eləcə də ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Rəhim Bağırlı qeyd edib ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir.