Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2019

Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilib

Oktyabr 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində “Dini maarifləndirmə: perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları Aslan Sultanov, Bayram İsmayılov, Dövlət Komitəsinin şöbə müdiri Oqtay Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, din xadimləri və qəsəbə dindarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov öz çıxışında insanları dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik verməyin, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin əhəmiyyətini vurğulayıb, dini radikalizm və ekstremizmə qarşı mübarizə metodu kimi İslam dininin tövsiyələrindən düzgün istifadə edərək milli-mənəvi dəyərlərimizi uca tutmalı olduğumuzu diqqətə çatdırıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov öz çıxışında yeniyetmə və gənclərdə sağlam dini düşüncənin formalaşmasında bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruri olduğunu, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin önəmini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.