Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.07.2017

Naftalanda “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq təşkil olunub

İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhər Heydər Əliyev mərkəzində “Dini radikalizmlə mübarizənin başlıca yolu: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev rayondakı dini durum, dövlət və din münasibətləri, milli-mənəvi dəyərlər barədə ətraflı məlumat verib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov radikal dini cərəyanların yaranması, təbliğat metodları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
 Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.