23.02.2018
“N” saylı hərbi hissədə seminar keçirilib
Fevralın 23-də Ağstafada yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə iş planına uyğun olaraq “Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının istiqamətləri” mövzusunda seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin baş məsləhətçisi Pərvin Zeynalov, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Kənan Hacıyev, hərbi hissənin zabit və gizir heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Kənan Hacıyev açaraq Azərbaycanda ordu quruculuğundan, şəxsi heyətin nizam-intizamından və ruh yüksəkliyindən danışıb.
Sonra DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev xalqımızın milli-mənəvi dəyərləri və Azərbaycançılıq məfkurəsi haqqında bəhs edib. Şöbə müdiri milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində Ulu Öndər Heydər Əliyevin apardığı siyasətdən danışıb.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.