Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2018

“N” saylı hərbi hissədə “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir təşkil olunub

Fevralın 23-də Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə dini marifləndirmə ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, müdir müavini Elmar Fətəliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan “N” saylı hərbi hissə komandirinin Tərbiyəvi İşlər üzrə müavini Heybət Şikarov mövzunun əhəmiyyəti barədə məlumat verib.
Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Şöbə müdiri qeyd edib ki, ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
Ə.Zülfüqarov gənclər arasında dini maarifləndirmənin güclənməsinin vacibliyini vurğulayaraq onu da bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, yerlərdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.