24.05.2016
Müşfiqabadda “İnsan hüquqlarının qorunmasında multikultural dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Mayın 24-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 320 saylı tam orta məktəbdə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqlarının qorunmasında multikultural dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Faiq Ələkbərov və Novruz Nuriyev, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, məscidin din xadimi Rauf Əhmədov, 320 saylı tam orta məktəbin direktoru Namiq Cəfərov, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu, radikal ünsürlərlə mübarizədə sıravi Azərbaycan vətəndaşının üzərinə düşən vəzifələr haqqında məruzə ilə çıxış edib.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev insan hüquqlarının qorunmasında multikultural dəyərlərin rolu mövzusunda məruzə ilə çıxış edib. Bu sahədə dövlətimiz tərəfindən atılan mütərəqqi addımlar, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə bağlı görülən tədbirlər dinləyicilərin diqqətinə çatdırılıb.
Daha sonra 320 saylı tam orta məktəbin direktoru Namiq Cəfərov, Müşfiqabad qəsəbə məscidinin din xadimi Rauf Əhmədov mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
.jpg)
.jpg)
.jpg)