Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.02.2017

“Multikulturalizm Azərbaycanda həyat tərzidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Fevralın 14-də  Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xətai rayonu “Mirtağı” məscidi dini icması tərəfindən “Multikulturalizm Azərbaycanda həyat tərzidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Xətai rayonu “Mirtağı” məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı, Xətai Rayon İcra Hakimiyyətinin məsul işçiləri, “Mirtağı” məscidi dini icmasının sədri, məscidin axundu, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizmin Azərbaycan modelindən, müxtəlif millətlərin, dinlərin təmsilçilərinin öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla birgəyaşayışa necə nail olduqlarını ifadə edən məruzə ilə çıxış edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev çıxışı zamanı Azərbaycanda  tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Tədbirdə çıxış edən Xətai RİH-nin şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov Azərbaycandakı tolerantlığı, multikultural dəyərləri, müxtəlif konfessiyaların nümayəndələrinin sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşamasını və fəaliyyətlərini dünya ölkələri içərisində nümunəvi hal olduğunu ifadə edib.
Daha sonra “Mirtağı” məscidi dini icmasının sədri Hacı Mircəfər Nəsirov, məscidin axundu Hacı Səlim Kərimov və başqalarının “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusu ətrafında çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.