“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib
İyulun 9-da DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov və Neftçala rayonunda fəaliyyət göstərən rəsmi din xadimlərinin qatıldığı videokonfrans zamanı tarix boyu mövcud olan cəmiyyətlərdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərin törətdiyi fəsadlardan bəhs edilib. Bildirilib ki, cəmiyyətləri, xalqları parçalayan belə meyillərin qarşısında tolerantlıq və multikultiralizm siyasəti önəm daşıyır. Mədəniyyət beşiyi olan Azərbaycanın bu mövzuda dünya xalqlarına nümunə olduğu qeyd edilib. Bildirilib ki, birgəyaşayış ənənəsi Azərbaycan xalqının tarixində dərin köklərə sahibdir.