Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.06.2021

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub

İyun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda videokonfrans keçirilib. 

Videokonfransda DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyi vurğulanıb. Natiqlər məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğunu bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.