Şriftin ölçüsü:

Saytın rəngi:

13.02.2015

Mühafizə polisində radikalizmlə bağlı tədbir keçirildi

Fevralın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun rəhbərliyi və şəxsi heyəti ilə görüşüb.
Görüşdə Səyavuş Heydərov "Dini radikalizm və onun təzahür formaları" mövzusunda məruzə ilə çıxış edib. S. Heydərov dini cərəyanların Azərbaycana axını, onların burada yayılmasını şərtlənləndirən amillər barədə daşarkən bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi, məcburi köçkün və qaçqın probleminin meydana çıxması, ideoloji sahədəki boşluqlar, sosial çətinliklərin mövcudluğu, ölkənin humanitar yardıma ehtiyacı və s. bu kimi vəziyyətdən ölkəmizə qarşı siyasi, iqtisadi marağı olan, burada təsir dairəsini genişləndirməyə çalışan bəzi ölkələrin müxtəlif bəhanələr, o cümlədən humanitar missiya adı altında fəaliyyəti Azərbaycan ərazisində qeyri-ənənəvi təriqətlərin, cərəyanların ilk toxumlarının səpilməsinə zəmin yaratdı.
Səyavuş Heydərov sosial dayağı olmayan radikal meyilli qüvvələrlə mübarizə ilə bağlı görülən ardıcıl, məqsədyönlü maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verib.
Görüşün sonunda iştirakçıların sualları cavablanıdırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.