08.05.2017
Mübariz Qurbanlı: “Heydər Əliyev Azərbaycanın müstəqilliyə gedən yolunun əsaslarını yaradıb”
Mayın 8-də Dövlət Gömrük Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Heydər Əliyevin istər SSRİ, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə xalqa tükənməz sevgisindən, böyük siyasi fəaliyyətindən danışıb: "Heydər Əliyev Azərbaycanın müstəqilliyə gedən yolunun əsaslarını yaradıb. Ölkəmiz yenicə müstəqillik qazanan zaman yaşanan təhlükələrin qarşısını alıb. Həmin dövrdə Heydər Əliyev kimi siyasətçi olsaydı, bəzi tarixi faciələr olmazdı. Heydər Əliyev sübut etdi ki, o bir məktəbdir. Heydər Əliyev Azərbaycançılıq ideyasını yaşadan insandır. İlham Əliyev isə bu ideologiyanın davamçısıdır və bu missiyanı layiqincə davam etdirir".
Foto: APA