22.11.2014
Mübariz Qurbanlı Gürcüstanın Dövlət nazirini qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Gürcüstanın Diaspora məsələləri üzrə Dövlət naziri Gela Dumbadzeni qəbul edib. Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan ilə Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu, siyasi, iqtisadi, dini və mədəni sahələrdə münasibətlərin bundan sonra da uğurla inkişaf etməsinin vacibliyi vurğulanıb.Gürcüstan Respublikasının Diaspora məsələləri üzrə Dövlət naziri Gela Dumbadze səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.