Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.10.2015

Mübariz Qurbanlı Azərbaycan Bəhai icmasının nümayəndələrini qəbul edib

Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Bəhai icmasının nümayəndələrini qəbul edib.
Dövlət Komitəsinin sədri Azərbaycanda dini tolerantlıq, dövlətin dinə diqqət və qayğısından danışıb. Mübariz Qurbanlı dini icmalara, o cümlədən Bəhai icmasına yaradılan şəraitdən danışaraq bildirib ki, ölkəmizdə dini konfessiyalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait yaradılıb.
Azərbaycan Bəhai icmasının nümayəndələri gələcəkdə nəzərdə tutduqları işlər barədə məlumat verərək səmimi qəbul üçün Dövlət Komitəsinin sədrinə minnətdarlıqlarını bildiriblər.