Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2017

Mövhumat və xurafatlar İslam dininin saflığına təhlükədir

Sentyabrın 28-də Şəki rayonu Böyük Dəhnə kənd orta məktəbində Suçma kənd məscidi dini icmasının icra etdiyi “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, Kiçik Dəhnə kənd məscidinin imamı Əvəz Nəsrullayev, o cümlədən müəllim və şagirdlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Böyük Dəhnə kənd orta məktəbin direktoru Elman Kərimli auditoriyaya qonaqları təqdim edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verərək dövlət-din münasibətlərindən, dini maarifləndirmə sahəsində həyata keçirilən işlərdən, radikalizm, mövhumat və xurafatlara qarşı mübarizənin əhəmiyyətindən ətraflı söz açıb.
Daha sonra çıxış edən Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev mövzu ilə bağlı geniş məruzə edərək bildirib ki, mövhumat və xurafatlar İslam dininin saflığına təhlükədir. İcma sədri qeyd edib ki, müsəlmanlar arasında geniş yayılmış xurafatları İslam dininin adına çıxarıb, dinimizi gözdən salmağa çalışırlar.
Kiçik Dəhnə kənd məscidinin imamı Əvəz Nəsrullayev İslam dinində mövhumata və xurafata yer olmadığını elmi əsaslarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.