Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.02.2020

Mingəçevirdə “Könüllülük xalqımızın xeyirxahlıq və fədakarlıq ənənəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fevralın 5-də Mingəçevir “Asan xidmət” mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Asan xidmət” mərkəzində “Könüllülük xalqımızın xeyirxahlıq və fədakarlıq ənənəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Mingəçevir “Asan xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, “Asan xidmət” və Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin könüllüləri və başqaları iştirak ediblər.

Mingəçevir “Asan xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov və başqaları çıxış edərək könüllülüyün bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilməsini vurğulayıblar.

Eyni zamanda, könüllülüyün vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu bildirib, könüllü kimi fəaliyyət göstərən dini icma təsisçilərinin dini duruma nəzarət edilməsində və gənclərin radikal meyillərdən qorunmasında oynadığı roldan danışılıb.