12.05.2017
Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib
Mayın 12-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər Təhsil Şöbəsinin məsləhətçisi Elza Qəniyeva,Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov, eləcə də məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər Təhsil Şöbəsinin məsləhətçisi Elza Qəniyeva,Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov, eləcə də məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru Azər Qazıyev bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycanda 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Eyni zamanda, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Tədbirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edərək, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu”, Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi, ilahiyyətçi-dinşünas Müşfiq Nəcəfov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda çıxış ediblər. Məktəbin tarix müəllimi Zaur Müseyibov və məktəbin X sinif şagirdi Nərminə Nəbiyeva çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclərin təbiyəsində mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.