Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2016

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər 1 saylı tam orta məktəbin direktoru Aynur Rəsulova, eləcə də məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər 1 saylı tam orta məktəbin direktoru Aynur Rəsulova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
Tədbirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə metodları barədə məlumat verib. Natiq məruzəsində radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətinə xüsusi diqqət çəkib.
Mövzu barədə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elşən Əliyev cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonda məktəblilərə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunun dolğun şəkildə açıqlandığı "Fitnə" sənədli filmi nümayiş etdirilib.