Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2017

Mingəçevirdə “Dini radikalizm bəşəri cinayətdir” mövzusunda tədbir keçirilib

Fevralın 20-də Mingəçevirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Kəlbəcər rayon 87 saylı tam orta məktəbin təşkilatçılığı ilə ”Dini radikalizm bəşəri cinayətdir” adlı maarifləndirmə tədbiri keçirilib.
Kəlbəcər və Ağdam rayonlarının təhsil işçiləri və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə İslamın humanizm dini olmasından və dini radikalizmin törətdiyi fəsadlardan danışılıb.
Tədbirdə məktəbin direktoru Zülfiyyə Hüseynova cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən, direktor müavini Türkan Əkbərova məktəblilər arasında dini radikalizmlə bağlı maarifləndirmə işlərinin aparılmasından danışıblar.
Tədbir zamanı məktəblilərin ifasında islamın barış, sülh, sevgi, dostluq dini olması haqqında səhnəciklər nümayiş olunub.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.