13.10.2017
Mingəçevirdə dini icma rəhbərləri və din xadimlərinin iştirakı ilə görüş olub
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində dini icmaların rəhbərləri və fəal din xadimlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir Bələdiyyəsinin komissiya sədri, ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, Gənclər Evinin direktoru Tural Kərimov, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Mingəçevir şəhərində Aşura mərasiminin yüksək səviyyədə keçirildiyini, neqativ hallara yol verilmədiyini, qanvermə aksiyasında 212 nəfərin iştirak etdiyini bildirib. O, Mingəçevir şəhərində mövcud dini durum, məscidlərin imam və axundlarının fəaliyyəti, dini icmalar, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində görüləcək işlər barəsində ətraflı məlumat verib. Yas mərasimlərində ehsan verilməsinin sadələşdirilməsinin vacibliyini vurğulayan şöbə müdiri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə riayət olunmalı olduğunu bildirib. N.Əfəndiyev qeyd edib ki, dini ayin və mərasimlər yalnız məscidlərdə keçirilməlidir və dini bayramların və mərasimlərin keçirilməsi üçün dövlət hər cür şərait yaradıb.
O, həmçinin DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə məlumat verib və bu filmin gələcəkdə müxtəlif auditoriyalarda nümayiş etdiriləcəyini söyləyib.
Sonra şöbənin əməkdaşı Əlisa Fərəcov Mingəçevir şəhərindəki dini icmaların fəaliyyəti barədə ətraflı danışaraq mövcud nöqsanları qeyd edib və onların aradan qaldırılması yolları barədə öz fikirlərini bildirib.
Tədbirdə çıxış edən Mingəçevir ŞİH başçısı Aparatının nümayəndəsi Sahib Əliyev ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açib, Mingəçevir şəhərində bu istiqamətdə görülən işlərdən danışıb.
Daha sonra Mingəçevir Bələdiyyəsinin komissiya sədri, ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı çıxış edərək müzakirə olunan məsələlərə və DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin bu sahədəki fəaliyyətinə öz münasibətini bildirib.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)