Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2016

Mingəçevirdə “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda konfrans keçirilib

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər məscidində  “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, dindarlar, dini icma nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev ölkəmizdə mövcud olan tolerant dəyərlərin tarixindən, mövcud durumundan və beynəlxalq aləmdə nümunəyə çevrilməsindən bəhs edib. N. Əfəndiyev tolerantlığın dövlət siyasəti olduğunu bildirərək, ölkəmizdə bütün dini icmalara bərabərhüquqlu şərait yaradılması barədə məlumat verib. Şöbə müdiri beynəlxalq təşkilatlarla birgə Azəbaycanda həyata keçirilən müxtəlif forumlar və konfranslar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 
Tədbirdə, həmçinin Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər Heydər məscidinin axundu Ələmdar Qiyasov, imam naib Müşviq Nəcəfov çıxış ediblər.  Çıxış edən natiqlər dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə mövcud tolerant mühitin dünyaya təbliğ olunmasından, hətta dünya ölkələrinin bəzilərində Azərbaycan multikulturalizminin fənn kimi tədris olunmasından bəhs ediblər.