Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.12.2013

Milli Net 2013 qaliblərinin təqdimat mərasimi keçirilib (Foto)

24 dekabr  tarixdə Four Seasons Hotelində Milli İnternet Mükafatı - Milli Net 2013  qaliblərinin təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək artıq 5-ci il keçirilən Milli Net 2013 haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. O “İKT ili” elan olunan cari ildə Milli Net-ə marağın daha da artdığını  və ölkədə İnternetin inkişafı istiqamətində dövlət tərəfindən də ciddi addımların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell və Delta Telekom şirkətlərinə minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı (
www.scwra.gov.az) “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə 2- ci yerə layiq görülüb.