Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.04.2017

“Milli-mənəvi dəyərlərin təbliğində gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Aprelin 17-də Saatlı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.   
Tədbirdə Saatlı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, Saatlı şəhər M. Əzizbəyov adına 2 saylı  tam orta məktəbin müəllim və şagirdləri  iştirak ediblər.  
Tədbiri giriş sözü ilə rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev açaraq həmrəylik və vətənpərvərlik məfhumlarının mahiyyəti barədə məlumat verib, həmrəyliyin müxtəlif dini, mədəni, siyasi və s. fikirlərin qarşılıqlı ehtiram içərisində mövcud olması mənalarına gəldiyini söyləyib. O, eləcə də şagirdlərin həmrəylik və vətənpərvərlik ruhunda tərbiyə olunmalarının əhəmiyyətindən danışıb.    
Daha sonra DQİDK-nın  İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin düşünülmüş və vaxtında atılmış addım olduğunu  qeyd edib, milli-mənəvi dəyərlərimizin təhsil müəssisələrində şagirdlərə aşılanmasının olduqca vacib olduğunu bildirib.   
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva çıxış edərək yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.