13.11.2017
Milli-mənəvi dəyərlərin təbliği müzakirə olunub
Noyabrın 13-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən məktəb-lisey kompleksində maarifləndirici tədbir keçirilib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
“Milli-mənəvi dəyərlərin təbliği” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov, Fuad Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Xədicə Əliyeva, eyni zamanda müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Qənirə Sultanova bildirib ki, DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmində iki müxtəlif amal uğrunda mübarizə aparmış gənclərə cəmiyyətin, onların ailələrinin, yaxınları və dostlarının münasibəti diqqətə çatdırılır.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov bildirib ki, “Şəhadət” sənədli filminin hazırlanmasında məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Natiq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyini və hər zaman yad ediləcəyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)