Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.04.2016

Milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər "Cümə" məscidi dini icmasının həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Rauf Sərdarov, dini icmanın üzvləri və din xadimləri iştirak ediblər. 
Tədbirin əvvəlində son günlər cəbhə bölgəsində erməni cinayətkarları tərəfindən törədilən təxribat nəticəsində öz canları bahasına Vətənimizi qoruyan və işğal edilmiş torpaqlarımızın bir hissəsini azad edərkən canından keçən igid əsgərlərimizin ruhuna salavat və dualar oxunub.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rauf Sərdarov dövlətin dəstəyi ilə keçirilən bu tədbirlərin əhəmiyyətindən və dövlətin dinə, dindarlara göstərdiyi qayğıdan danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev İslam dinində terrorçuluğa yer olmadığını, İslamın terrora qarşı olduğunu, xalqımızın hələ də terrordan əziyyət çəkdiyini, terror nəticəsində torpaqlarımızn işğal edildiyini faktlarla əsaslandırıb.
 
 * * *
Aprelin 11-də digər maarifləndirmə tədbiri Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icması  tərəfindən Ağcabədi rayonu Təhsil şöbəsində “İslamda ailə dəyərləri” adlı layihə çərçivəsində  keçirilib.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı  Təyyar Hacıyev,  Ağcabədi rayon "Cümə" məscidinin axundu Mərdan Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbirin əvvəlində son günlər Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizn əziz  xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan  Ağcabədi rayon "Seyid Mürsəl Ağa" məscidi dini icmasının sədri Zeynəb Quliyeva İslamda ailə dəyərləri, nümunəvi ailələr mövzusunda danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vüqar Hümmətov çıxışında İslamda ailə, Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında geniş məlumat verərək , onlardan nümunələr gətirib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı  Təyyar Hacıyev ailədə milli-mənəvi dəyərlərin təbliğindən bəhs edərək belə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra rayon Qadınlar şurasının üzvü, tarix-diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova, Ağcabədi rayonu 5-saylı orta məktəbin direktoru Solmaz Rəhimova, dindarlardan  Heydər Məmmədov və Leyla Əliyeva da mövzu ətrafında  çıxış ediblər.
  * * *
 Aprelin 11-də  Füzuli rayon Zubcuq-3 qəsəbəsində Füzuli rayon Horadiz şəhəri "Əhli-Beyt" məscidi dini icmasının “Qəhrəmanlar unudulmur!” adlı layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidi dini icmasının sədri Rafiq İmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Füzuli rayonu Horadiz şəhər "Əhli-Beyt" məscidinin rəsmi axundu Nəriman Nəsirov, icma üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
İlk öncə Qarabağ azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olmuş əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev Azərbaycanın Milli Qəhrəmanları barədə geniş məlumat verib.     
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Əliyev vətənpərvərlik mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.