Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.01.2016

“Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Respublikanın regionlarında dini ekstremizm və radikalizm meyillərinin qarşısının alınması məqsədi ilə dini maarifləndirmə işi davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yanvarın 27-də Şirvan şəhər məscidi dini icmasında “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Azər Sadıqov, Şirvan Şəhəri İcra Hakimiyyətinin məsul işçisi Adəm Huseynov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, şəhər axundu Hacı Əvəz Mehrəliyev, dini icma sədri Zəkiyev Mircəfər, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Şəhər məscidinin  icma  sədri M.  Zəkiyev çıxış edərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı , gənclərimizin radikallardan qorunması və milli-mənəvi  dəyərlərin təbliği   istiqamətində də tədbirlər həyata keçirilir.

Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən A. Sadıqov keçirilən layihənin əhəmiyyətindən danışıb. O, dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib. İcra Hakimiyyətinin nümayəndəsi A. Hüseynov isə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işlərindən söhbət açıb.  Axund Ə. Mehrəliyev gənclərimizin radikal cərəyanlardan qorunmasının vacibliyindən həmçinin, milli-mənəvi dəyərlərin  təbliğindən  danışıb.

Sonda tədbir iştirakçıları çıxış edərək dövlətimizin dinə qayğısından danışıblar.  Natiqlər bu diqqət və qayğıya görə dövlət başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.